BEYNİ DUMANLANMAQ
BEYNİ PEYİN OLMAQ
OBASTAN VİKİ
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi.Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir. Geniş dalğalanmalar anlaşılmaz dərəcədə kiçik olacaq, ancaq bu, kainatın böyük ölçüsü ilə izah edilə bilər və əgər biz bir dəyişmənin nəticəsiyiksə, seçim qərəzi yaranır: antropik prinsipə görə bu qeyri-adi kainatı müşahidə edirik, çünki burada olmağımız üçün qeyri-adi şərtlər lazımdır.
Onurğa beyni
Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. == Ümumi məlumat == Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat.
İnsan beyni
İnsan beyni insanın sinir sisteminin mərkəzi orqanıdır və onurğa beyni ilə birlikdə mərkəzi sinir sistemini təşkil edir. Beyin uc beyin, beyin sapı və beyincikdən ibarətdir. O, bədənin əksər fəaliyyətlərinə nəzarət edir, duyğu orqanlarından aldığı məlumatları emal edir, inteqrasiya edir, əlaqələndirir və bədənin qalan hissəsinə göndərilən təlimatlarla bağlı qərarlar qəbul edir. Beyin başın kəllə sümükləri içərisində yerləşir və bu sümüklər onu qoruyur. İnsan beyninin ən böyük hissəsi olan serebrum iki beyin yarımkürəsindən ibarətdir. Hər yarımkürənin ağ maddədən ibarət daxili nüvəsi və boz maddədən ibarət xarici səthi — beyin qabığı var. Beyin qabığının xarici təbəqəsi (neokorteks) və daxili təbəqəsi (allokorteks) var. Neokorteks altı neyron təbəqədən, allokorteksdə isə üç və ya dörd təbəqədən ibarətdir. Hər yarımkürə şərti olaraq dörd paya bölünür — alın payı, gicgah payı, təpə payı və ənsə payı. Alın payı özünü idarə etmə, planlaşdırma, əsaslandırma və mücərrəd düşüncə daxil olmaqla icra funksiyaları ilə əlaqələndirilir, ənsə payı isə görmə ilə bağlıdır.
Onurğa beyni anesteziyası
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. == Tarixi == İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir.
Onurğa beyni qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat.
зонтообра́зный о́бок оевропе́ить эвако... конезаво́д мерси́ музееве́д свернуться в клубо́к смо́лоду фа́кельщицкий энзи́мный урак conversant degradable fish-block househunt Hunnish mammalogy mercy pantechnicon semper idem swept volume trac нижеупомянутый семейный